19 Mart 2023 13:06
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mustafa Şən bu həftə seçkilərlə bağlı keçirilən son sorğunun nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, AKP rəsmisi Prezident Rəcəb Tayyib Ərdoğanın seçkidəki əsas rəqibi, CHP sədri Kamal Kılıçdaroğludan öndə olduğunu söyləyib.

“Normal durumda ayda 3-4 sorğu keçirirdik. Hazırda həftədə 3-4 belə sorğu edirik. Bizdə bu sorğuları peşəkarlar aparır. Bitirdiyimiz həftə seçki olsaydı, Prezidentimiz Ərdoğan 53 faiz səs toplayardı. AKP-nin səs faizi isə 41 ətrafındadır”, - Şən bildirib.

Müxalifət partiyalarının səs nisbətləri ilə bağlı isə belə deyib:

“Digər partiyalarla bağlı nəticələri deməyim doğru olmaz. Anketlər ölçmə yox, qiymətləndirmə vasitəsidir. Ona görə də açıq danışmamalısan, amma indi anketlər belə görünür.

2018-ci ilin nəticələrinə yaxın nəticələr görürük. Müxalifətin o vaxtkı bəyanatları ilə bu gün verdiyi bəyanatlar eynidir. Hörmətli Kılıçdaroğlu uduzacaqmış kimi görünür. Bunun siyasətlə heç bir əlaqəsi yoxdur, bu elmi məlumatdır.

Prezident Ərdoğanın qazandığını müxalifət görür. Mayın 4-nə keçən gecə insanları küçələrə çıxarmaq istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər