Sursat çatışmazlığı NATO-nu parçalamaq təhlükəsi yaradır.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Politico” nəşri yazır.
“NATO müttəfiqlərinin alyansın yeni proqramlarına sərmayə qoymaqla bağlı razılaşmalara əməl etməyəcəyi riski var”, - qəzet bildirir.
Nəşr qeyd edir ki, hazırda Avropa dövlətləri öz sursat ehtiyatlarının olmamasından narahatdır, Ukrayna isə mütəmadi olaraq müttəfiqlərini əlavə silah yardımı barədə xəbərdar edir:
“Bu problemi həll etmək üçün Şimali Atlantika Alyansı bəzi ölkələri müdafiə xərclərini artırmağa və müxtəlif hərbi resurslarla təmin etməyə inandırmağa çalışır.
Bütün bunlar çox çətindir. Bəllidir ki, bunun üçün həm vaxt, həm də maliyyə sərmayəsi tələb olunur”.