Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrindən (RAF) verilən açıqlamada martın 17-də Rusiyaya məxsus TU-134 hərbi sərnişin təyyarəsinin və onu müşayiət edən iki SU-27 qırıcısının Estoniya sərhədinə yaxınlaşdığı bildirilib.
Teleqraf.com xəbər verir ki, Estoniyadakı Amari aviabazasından havaya qalxan Britaniya və Almaniya Hərbi Hava Qüvvələrinin “Tayfun” döyüş təyyarələri yaxınlaşan Rusiya qırıcılarının qarşısını alıb.
Açıqlamada sərhədə yaxınlaşan təyyarələrin qarşısının alınmasının rutin missiya olduğu bildirilib:
“Bu missiya Britaniya və Almaniyanın digər NATO müttəfiqləri ilə birlikdə bu gərginlik anında müttəfiqləri Estoniyanın yanında olduqlarına zəmanətdir”.