19 Mart 2023 16:54
3 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qüvvələri Avdiv şəhərini mühasirəyə almaq üçün əməliyyatlara əlavə iki tank bölüyü cəlb etdilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Tavriya vilayətinin müdafiə qüvvələrinin sözçüsü Aleksey Dmitraşkivski məlumat verib.

“Düşmən əməliyyatlarını fəal şəkildə davam etdirir, Avdiv və Marinə hücum edir. Dəfələrlə ağır itkilər verdiyi Veqledarda bəzi əməliyyat planlarına başlamaq üçün Avdiv indi düşmən üçün strateji önəmə malikdir. Düşmənin iki həftədir çalışır, Avdivi mühasirəyə almağa çalışır”, - sözçü bildirib.

Eyni zamanda, Vuqledar istiqamətində aktivlikdə nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Dmitraşkivski qeyd edib ki, rus ordusu Ukraynanın mövqelərini atəşə tutmaqda davam edir. Ruslar dünən 37 dəfə hücuma keçib, 317 dəfə atəş açıb. Gecə 4 hücum, 122 atəş qeydə alınıb.

“Dünən gün ərzində düşmən 3 rota şəxsi heyətini, 15 tankını, ümumilikdə 46 ədəd piyada döyüş maşını itirib. Düşmənin aktiv hücum əməliyyatları apardığı Spartak və Vodyanı ərazilərində bütün texnika məhv edilib”, - Dmitraşkivski deyib.

O qeyd edib ki, rusların hücum cəhdləri tükənir: “Bu gün iki tank bölüyünün göndərilməsi ilə bağlı məlumat gəlib. Yəni düşmən həm şəxsi heyət, həm də texnika baxımından ciddi itki verir və verəcək”.

Dmitraşkivski bu istiqamətdə Ukrayna ordusunun müəyyən uğurlarının olduğunu da açıqlayıb:

“Mövqe mübarizəsi gedir: bəzən düşmən irəliləyir, sonra biz hansısa mövqeni geri alırıq. Amma düşmən hər şeydən asılı olmayaraq, xeyli tükənib, yeganə məsələ düzgün əks-hücum əməliyyatı keçirmək üçün Qərb tərəfdaşlarımız tərəfindən silah və texnikanın tədarüküdür”.


Müəllif: Mənsur Rəğbətoğlu