19 Mart 2023 15:30
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbdə Rusiya Prezidenti Vladimir Putinin son vaxtlar ciddi şəkildə əməl etdiyi təhlükəsizlik qaydalarına zidd olaraq Ukraynanın işğal edilmiş Mariupol şəhərinə səfəri ilə əlaqəli şübhələr var.

Teleqraf.com xəbər verir ki, bunu britaniyalı jurnalist Yuan Makdonald deyib.

Onun sözlərinə görə, Putinin dağıdılmış şəhərdə “yeni hündürmərtəbəli binalar”ın sakinləri ilə görüşməsi görüntüləri Kremlin təbliğatçılarının planını şübhə altına alır.

Makdonald görüntüləri “sürreal” adlandırıb və Putinin ordusu tərəfindən dağıdılmış Ukrayna şəhərində bu müddətdə yeni hündürmərtəbəli binaların tikilməsinin mümkünsüz olduğunu deyib.

“Hazırda Rusiyanın işğalı altında olan Mariupol şəhərində Rusiya diktatoru Vladimir Putin gecə yarısı “yeni binaların”in (köhnə mənzilləri Rusiya ordusu tərəfindən dağıdılan) sakinləri ilə görüşür. Kremldən sürreal kadrlar. Realdırmı?”

Putinin səfərini şərh edən Böyük Britaniyanın Bat universitetinin müəllimi Stiven Holl tvitterdə yazıb ki, videoda təsvir olunan “minnətdar vətəndaşlar” onlara öyrədilənləri təqlid edirlər.

Rusiya liderinin bu gün Donbasa gəlməsi ilə bağlı məlumatı Kremlin mətbuat xidməti yayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər