19 Mart 2023 17:54
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi öz tvitter səhifəsində sabiq prezident Donald Trampın mümkün həbsindən məmnunluğunu bildirib.

Teleqraf.com xəbər verir ki, sabiq prezidentin mümkün həbsindən sevinən Pelosinin özü həbs hədəsi ilə üzləşib.

“Törətdiyi cinayətlərindən, seçkilərə hörmətsizlikdən, zorakılığa təhrik etməkdən özünü gizlədə bilməyəcək. Onun necə məhkəmə qarşısına çıxarılacağına bizim məhkəmə sistemi qərar verəcək”, – siyasətçi yazıb.

Sosial şəbəkə istifadəçiləri Pelosinin sevincini bölüşməyiblər, həbs sırasının ona da gələcəyini deyiblər. Eks-spikerin paylaşımına “Onların (polisin) sizə tərəf gəlmələrini də səbirsizliklə gözləyirik”, “Bəs siz nə vaxt haqq-hesab verəcəksiniz?", “Yaxşı, indi bütün maliyyə işlərinə baxaq”, “Növbədə sizsiniz” şərhlər yazılıb.

Bundan əvvəl Donald Tramp martın 21-də həbs oluna biləcəyini açıqlayıb. Siyasətçi porno aktrisa Stormi Denielsə bir neçə il əvvəl cinsi əlaqələri barədə susmaq üçün pul ödədiyinə görə qarşıdakı həftə ittiham oluna bilər.

ABŞ-da ermənilərin lobbiçiliyini edən Pelosi dəfələrlə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər