19 Mart 2023 19:40
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya İstintaq Komitəsi Kiyevin bütün cinayətlərini diqqətlə qeydə alır, bu materiallar sonradan tribunalın əsasını təşkil edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İstintaq Komitəsi işləyir. Kiyev rejiminin bütün cinayətləri diqqətlə qeydə alınır. Çox gərgin, ciddi, əziyyətli iş aparılır. Əlbəttə, bunlar belə bir tribunalın əsasını təşkil edə biləcək materiallardır”, - o, Ukraynanın cinayətləri üçün tribunal yaratmaq ideyasına Kremlin necə yanaşdığı ilə bağlı suala cavabında bildirib.

Bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putini məsuliyyətə cəlb etmək üçün tribunal hazırlayan Qərb ölkələrinə cavab olaraq, Moskvanın da eyni addımı atacağını açıqlayıb.

“Bizi kim dəstəkləyəcək, kim dəstəkləməyəcək, gələcək beynəlxalq məhkəmə orqanının qaydaları necədir? Cavab verməyə hazırıq. Sizin öz tribunalınız var - AİHM, bizim isə müasir beynəlxalq hüquq normalarına əsaslanan öz tribunalımız var”, - Bastrıkin qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu