19 Mart 2023 16:30
5 777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya dövlət başçısının ofisi məlumat yayıb.

Əbu-Dabi beynəlxalq hava limanında Əsədi BƏƏ dövlət başçısı Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan qarşılayıb.

Suriya liderini BƏƏ-yə gətirən təyyarə hava limanına bir neçə qırıcının müşayiəti ilə enib.

Dövlət başçıları hava limanından danışıqlar üçün Qəsr əl-Vətən sarayına gediblər. Səfərdə Suriya liderini həyat yoldaşı Əsma Əsəd və bir neçə nazir müşayiət edir.

Suriya və BƏƏ liderləri ikitərəfli əməkdaşlığın yeni üfüqlərini, ərəb dövlətləri arasındakı və beynəlxalq problemləri müzakirə edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər