19 Mart 2023 19:56
2 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan erməni əsilli siyasi ekspert Semyon Baqdasarov Türkiyəyə qarşı təxribatçı iddia ilə gündəmə gəlib.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl də dəfələrlə Türkiyəni hədəfə alan Baqdasarov İstanbulu işğal etməyi və Ayasofyaya xaç sancmağı təklif edib.

Erməni ekspert bu haqda Kremlin təbliğatçısı, ermənipərəst Vladimir Solovyovun aparıcısı olduğu proqramda danışıb:

"Gəlin onları Orta Asiyadan qovaq, Ukraynadakı nüfuzunu baltalayaq. Gəlin onu Cənubi Qafqazdan qovaq. Türkiyədəki bəlli qüvvələri aradan qaldıraq. Konstantinopolu (İstanbul) geri alaq və Ayasofyaya xaç sancaq".


Müəllif: Mənsur Rəğbətoğlu