19 Mart 2023 23:14
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq və İran sərhəd təhlükəsizliyini əhatə edən saziş imzalayıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İraq Baş Nazirliyi Mətbuat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Baş nazir Məhəmməd Şia əl-Sudani Bağdadda İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamhani ilə görüşüb.

Görüş çərçivəsində İranla sərhədlərin birgə mühafizəsi və təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb.


Müəllif: Teleqraf.com