20 Mart 2023 07:55
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 10 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bazar günü gecə saatlarında Xuzdar, Zob və Avaran şəhərlərinə güclü yağış yağıb.

Ölənlər arasında iki uşaq və üç qadın var.

Bölgədəki binalara ziyan dəyib.


Müəllif: Teleqraf.com