20 Mart 2023 09:50
2 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Liman, Baxmut, Avdiv, Marin və Şaxtyor istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Döyüşlərin episentri isə Baxmut olaraq qalır.

Teleqraf.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində bu istiqamətlərdə rus ordusunun 69 hücumunun dəf edildiyini açıqlayıb.

Rusiya qoşunlarının Baxmut, Kupyan, Liman, Avdiv, Marin və Şaxtyor istiqamətlərindəki hücumları uğursuzluqla bitib. Ukrayna ordusundan ağır zərbələr alan ruslar itkilərlə geri çəkiliblər.

Ukrayna müdafiə qüvvələri gün ərzində Rusiyanın 4 hava hücumundan müdafiə sistemini vurub və şəxsi heyətinin cəmləşdiyi bir sıra məntəqələrə zərbələr endirib.

“Son 24 saat ərzində Ukrayna aviasiyası 3 ədəd “Buk-M1-2” zenit-raket kompleksi, işğalçı şəxsi heyətin cəmləşdiyi ərazilərə 7 zərbə endirib, düşmənin sursat anbarını məhv edib”, - məlumatda deyilir.

Eyni zamanda, ukraynalılar Rusiyaya məxsus “Zala” tipli PUA-nı məhv ediblər.

Ukraynanın raket qoşunları və artilleriya bölmələri Rusiyanın “Tor” zenit-raket kompleksinə, şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi 3 əraziyə və 3 radioelektron döyüş vasitəsinə zərbələr endirib.


Müəllif: Mənsur Rəğbətoğlu