20 Mart 2023 10:34
6 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Ukraynaya “böyük hücum”u kulminasiya nöqtəsinə çatır. Amma Rusiya ciddi qələbə qazana bilmir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun analitikləri bu qənaətə gəliblər.

Onların sözlərinə görə, ruslar məqsədlərinə, o cümlədən Ukrayna hərbçilərinin hələ də əlində olan qala şəhəri Baxmutun taktiki cəhətdən ələ keçirilməsinə nail ola bilmirlər.

Eyni zamanda, rusların Avdiv-Donetsk və Vuqledara hücumla bağlı problemləri var. Avdivə son hücum Rusiya qüvvələrinin sıralarında bir rotaya bərabər olan ağır itkilərə səbəb olub. Bundan əlavə, Vuqledar yaxınlığındakı bölmələri gücləndirməli olublar. Bu da Donetsk vilayətində rus qüvvələrinin durumunun pisləşməsi ilə əlaqəlidir.

“155-ci Dəniz Briqadası 2022-ci ilin noyabrında və bu ilin fevralında Vuqledar üzərinə təkrar uğursuz hücumlar zamanı canlı qüvvə və texnikada fəlakətli itkilər verdi. Böyük ehtimalla Rusiya hərbi rəhbərliyi bu itkiləri kompensasiya etmək üçün 98-ci Hava Desant Diviziyasının ehtiyat hissələrinə arxalanacaq”, - məlumatda deyilir.

Həmçinin Luqansk vilayətinin Kreminna rayonunda yerləşən 8-ci Hava-Desant Diviziyasının bəzi bölmələri Vuqledara ötürülür. Bu da Rusiya komandanlığının çarəsizliyindən xəbər verir. Bütün şərtləri nəzərə alan analitiklər hesab edirlər ki, indi Ukrayna döyüş meydanında təşəbbüsü ələ keçirə və əks-hücuma keçə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər