Qazaxıstan parlamentinə (Milli Məclis) seçkilərlə bağlı “Exit-poll” nəticələri məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Exit-poll”un nəticələrinə əsasən, səsvermənin nəticələri aşağıdakı kimidir:
“Əmanət” (Amanat) Partiyası: 53.33 faiz
Xalqların Demokratik Partiyası: 11.26 faiz
Respublika Partiyası: 8.33 faiz
Qazaxıstan Xalq Partiyası: 6.93 faiz
Yaşıllar Partiyası: 2.51 faiz
Qazaxıstan Demokrat Partiyası: 8.87 faiz
Milli Sosial-Demokrat Partiyası: 5.12 faiz
Müstəqil namizədlər: 3.65 faiz.
Qazaxıstanda bütün seçki məntəqələrində səsvermə başa çatıb.
Beləliklə, ilkin nəticələrə əsasən, Prezident Kasım-Jomart Tokayevin “Əmanət” (Amanat) Partiyası 53.33 faiz səslə qalib gəlir.