Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.
Teleqraf.com xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.
Bu gün Si Cinpin və Vladimir Putin arasında qeyri-rəsmi görüş olacaq. Dövlət başçıları birgə narah edəcəklər.
Martın 21-də S.Cinpin və V.Putin arasında rəsmi görüş keçiriləcək.
Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.
Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.
Çin liderinin səfəri martın 22-də başa çatacaq. (Report)