20 Mart 2023 14:30
3 888
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiçik Baxmut şəhərini aylardır işğal edə bilməyən ölkədə “İstanbul həsrəti”ylə yaşayanlar ya olan-qalan ağıllarını itiriblər, ya da cəhənnəmə gedərkən hamını hədəf almaq həvəsinə girişiblər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiya telekanallarının qardaş ölkəyə qarşı təxribatlarına diqqət çəkib:

Rusiyanın dövlət televiziya kanallarında yenə də “İstanbulu işğal etmək lazımdır”, “Türkiyəni raket atəşinə tutmaq lazımdır” və bu kimi fikirlər səsləndirilir. Bu fikri ya hansısa rus şovinist, reallıq hissini itirən aparıcı, ya da Rusiya kanallarına yol tapmış erməni əsilli siyasi ekspertlər dilə gətirirlər. Onların hamısından da güclü diktator Stalin İkinci Dünya Müharibəsindən sonra Türkiyəyə qarşı ərazi iddiasını həyata keçirmək istəyirdi. Alınmadı.

SSRİ qarşısında Amerikanı gördü. Kiçik Baxmut şəhərini aylardır işğal edə bilməyən ölkədə “İstanbul həsrəti”ylə yaşayanlar ya olan-qalan ağıllarını itiriblər, ya da cəhənnəmə gedərkən hamını hədəf almaq həvəsinə girişiblər”.

Bundan əvvəl erməni əsilli siyasi ekspert Semyon Baqdasarov Kremlin təbliğatçısı, ermənipərəst Vladimir Solovyovun aparıcısı olduğu proqramda Türkiyəyə qarşı təxribatçı iddia ilə gündəmə gəlib:

“Gəlin Türkiyəni Orta Asiyadan qovaq, Ukraynadakı nüfuzunu baltalayaq. Gəlin onu Cənubi Qafqazdan qovaq. Türkiyədəki məlum qüvvələri aradan qaldıraq. Konstantinopolu (İstanbul) geri alaq və Ayasofyaya xaç sancaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər