ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Çərşənbə axşamı həbs olunacam” iddiası ölkədə qalmaqal yaradarkən, təhlükəsizlik qüvvələrinin mümkün etirazlara hazırlaşdığı üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, Trampın iddiası ABŞ Konqresində Respublikaçılar və Demokratları üz-üzə gətirib.
Amerika mediasının iddiasına görə, aidiyyəti qurumlar Nyu-Yorkda Trampın həbs olunacağı təqdirdə başlayacaq nümayişlərə qarşı geniş hazırlıqlar görür.
Tramp tərəfdarları ötən həftənin sonunda onun Floridadakı evinin önündə və Manhettendəki “Trump Towers” binasının qarşısında aksiya keçiriblər.
Nyu-York polisinin mümkün etirazlarla əlaqəli 700 xüsusi təyinatlıdən ibarət qrup hazırladığı bildirilir. Stat rəhbərliyinin də ola biləcək etirazlara qarşı təcili toplantı keçirməsi də diqqət çəkir. Rəsmilərin Trampın tərəfdarları ilə əleyhdarları arasında toqquşmalardan narahat olduğu deyilir.
Donald Tramp 2016-cı il prezident seçkisi kampaniyası zamanı cinsi əlaqədə olduğu iddia edilən porno aktrisa Stormi Denielsə bunun üçün “sükut payı” ödəməsi səbəbiylə aparılan istintaq çərçivəsində ifadə verməyə çağırılmışdı. İndi onun məhkəmədə bu ittihamla həbs ediləcəyi ehtimal olunur.
Nyu-York Polis Departamentindən olan mənbələr hadisə ilə bağlı sosial şəbəkə reaksiyalarını yaxından izlədiklərini və baş verə biləcək hadisələrlə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını açıqlayıblar. Məlumatda qeyd olunur ki, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) da Manhetten baş prokuroru Alvin Braqqa hücum ehtimalına qarşı fövqəladə hallar planı üzərində işləyir. Trampın həbs edildikdən sonra Manhettenə gətiriləcəyi iddia olunur.