20 Mart 2023 16:28
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya tərəfi Türkiyə, Rusiya, İran və Suriya nümayəndə heyətlərinin Moskvada keçiriləcək görüşünün təxirə salınmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

“Rusiya tərəfi hazırlıq işlərini yekunlaşdırmadığını bizə bildirdi və görüşün təxirə salınmasını təklif etdi. Müddəti təxirə salmaq təklif olundu, razılaşdıq”, - nazir bildirib.

Onun sözlərinə görə, Ankara təklifi qəbul edib. Çavuşoğlu görüşün Suriyanın tələbi ilə təxirə salındığını istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər