20 Mart 2023 19:50
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Yenidən Rifah partiyasının sədri Fatih Ərbakan seçkilərlə bağlı yekun qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, partiya sədri heç bir siyasi bloka qoşulmayacaqlarını deyib.

“Qərara gəldik ki, heç bir ittifaqa girmədən bütün dairələr üzrə seçkilərə girək”, - Ərbakan bildirib.

Partiya lideri prezidentliyə namizəd olacağını da söyləyib: “Seçkilərdə prezidentliyə namizəd kimi müraciət edəcəm”.

Qurucusu Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakan olan Yenidən Rifah Partiyasının Cümhur İttifaqına (AKP-MHP) qoşulacağı deyilirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər