20 Mart 2023 16:52
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 096 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) sədri Yunus Sezer bildirib.

O qeyd edib ki, yaralıların sayı isə 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.


Müəllif: Teleqraf.com