21 Mart 2023 01:13
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya növbəti hərbi yardım paketi təqdim edib, onun həcmi təxminən 350 milyon dollar təşkil edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasında bildirilib.

"Bu gün (20 mart) [ABŞ] prezidenti Co Baydenin mənə verdiyi səlahiyyətə əsasən, mən ABŞ-ın Ukrayna üçün 350 milyon dollar dəyərində 34-cü silah və hərbi texnika paketinə razılıq verirəm", - E.Blinken qeyd edib.

Bildirilib ki, bu paketə, xüsusilə, "HIMARS" çoxsaylı buraxılış raket sistemləri və haubitsaları üçün döyüş sursatı, "Bradley" piyada döyüş maşınları üçün sursat, HARM anti-radar raketləri, tank əleyhinə silahlar və çay qayıqları daxildir.


Müəllif: Teleqraf.com