Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi paytaxt İrəvan meriyasının Dövlət qeydiyyatına alınmamış əmlak departamentinin rəhbəri Taron Miroyanı saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Aykakan Jamanak” məlumat yayıb.
Taron Miroyanın artıq dindirildiyi bildirilir.
Xatırladaq ki, ötən gün səhər saatlarında Komitənin əməliyyatçıları meriyanın keçmiş rəhbəri Seyran Mejlumyanı və Memarlıq və şəhərsalma departamentinin rəhbəri vəzifəsini icra edən David Dallakyanı da saxlayıblar.