22 Mart 2023 09:45
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın vaxtilə dəstəklədiyi Usamə bin Ladenin taleyini təkrarlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Yaponiyanın “Şukan Gendai” nəşrinin köşə yazarı Hiroşi Ohara çıxış edib.

Onun sözlərinə görə, Bin Laden əslən mücahid olsa da, hazırda ABŞ tərəfindən "qanlı terrorçu" hesab edilir.

“O vaxt mücahidlər Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşürdülər və ABŞ “Siklon” əməliyyatı çərçivəsində onları silah və pulla təmin edirdi. Başqa sözlə, Vaşinqton, bu gün Ukraynada olduğu kimi, Rusiyaya qarşı mübarizəyə haqq qazandıraraq onları dəstəklədi”, - məqalədə deyilir.

Jurnalist qeyd edib ki, “Əl-Qaidə”nin lideri Usamə bin Ladeni “qəhrəman” edən məhz ABŞ olub. Hiroşi Ohara həmçinin vurğulayıb ki, bu səbəbdən Ukrayna liderinin mövqeyi diqqətlə izlənilməlidir.

Ötən ilin oktyabrında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskinin “iki nömrəli bin Laden” olduğunu iddia etmişdi.


Müəllif: Pərvin Cəfərova