"Bu, Britaniyanın növbəti təxribatıdır".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın Kiyevi tükənmiş uran sursatları ilə təmin etmək qərarını şərh edərkən deyib.
“Bu, anqlo-saksonların tamamilə ehtiyatsızlığı, məsuliyyətsizliyi və cəzasızlığı məsələsidir, bizim onları adlandırdığımız kimi... Bu, Ukrayna ətrafındakı vəziyyəti - münaqişənin və qarşıdurma təcavüzünün yeni raunda adlamaq məqsədi daşıyan Britaniyanın növbəti təxribatıdır. Keyfiyyətcə fərqli ölçüdür” - deyə Zaxarova bildirib.
O həmçinin vurğulayıb ki, müvafiq bəyanat Rusiya-Çin danışıqları fonunda verilib.