Bu gün Rusiya Mərkəzi Seçki Komissiyasının keçmiş rəhbəri Vladimir Çurov Moskvada vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə MSK sədrinin keçmiş müavini, hazırda Dövlət Dumasının deputatı Leonid İvlev məlumat verib.
Bir müddət əvvəl Çurov ağır infarkt keçirdikdən sonra əməliyyat olunmuşdu. Martın 17-də onun 70 yaşı tamam oldu.
Qeyd edək ki, Vladimir Çurov 2007-2016-cı illərdə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri olub.