22 Mart 2023 16:32
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Moskvada Ukraynanın nizamlanması üçün Kiyevin sülh planını müzakirə etməyiblər".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, Ukraynanın sülh planı müzakirə olunmayıb, Çinin sülh planının ehtiva etdiyi müddəalar ətrafında fikir mübadiləsi aparılıb”, - o deyib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Kiyev və Qərb buna hazır olduqda, Çinin sülh planının bir çox müddəaları Ukraynadakı münaqişənin həlli üçün əsas götürülə bilər.

Həmçinin, Rusiya və Çin Ukraynada gərginliyin artmasına və hərbi əməliyyatların uzadılmasına kömək edən bütün addımları dayandırmağa, həmçinin “böhranın idarəolunmaz fazaya keçməsinə qədər onun daha da deqradasiyasına yol verməməyə” çağırıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər