İranın şimalında 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 255 min nəfərin yaşadığı Sari şəhərindən 161 km şimal-şərqdə, 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 56 km şimalda yerləşib. Ocaq 40 km dərinlikdə yerləşirdi.
Həlak olanlar və dağıntılar barədə hələlik məlumat daxil olmayıb.