23 Mart 2023 00:57
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Riksdaqı (parlamenti) ölkənin NATO-ya üzvlüyünün lehinə səs verib.

Teleqraf.com xəbər verir ki, iclas qanunverici orqanın saytında yayımlanıb.

Parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlüyə 269 əleyhinə 37 lehinə səs verilib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İsveçin terrorla mübarizə səyləri onun NATO-ya üzv olmaq ərizəsini razılaşdırmaq üçün kifayət deyil.

Onun sözlərinə görə, İsveç daha əvvəl İspaniyanın paytaxtında Türkiyə, İsveç və Finlandiya tərəfindən imzalanmış terrorla mübarizə üzrə Madrid memorandumunun razılaşmalarını kifayət qədər yerinə yetirmir.

Sənəd İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı danışıqların başlanmasının təşəbbüskarı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər