İran son maliyyə ilində - ötən ilin mart 21-dən bu il martın 20-nə qədər 4,2 milyard ABŞ dolları birbaşa xarici investisiya cəlb edib ki, onun da üçdə iki hissəsi Rusiyanın payına düşüb.
Teleqraf.com xəbər verir ki, hesabat dövründə Rusiya İrana 2,8 milyard ABŞ dolları investisiya qoyub. Bu məbləğ dağ-mədən sektorundakı, sənaye və nəqliyyat sferalarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilib.