29 Dekabr 2014 16:58
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dollar rubla qarşı bahalaşaraq həftəlik maksimumunu təzələyib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, Moskva birjasında bu gün dolların məzənnəsi 58 rubladək qalxıb, avronun məzənnəsi isə 69 rubla çatıb.

Nəticədə hər iki valyuta rubla qarşı həftəlik maksimum göstəriciləri təzələnib.

Neftin qiyməti 0,8% artaraq Brent markalı neftin 1 barreli 59,9 dollar təşkil edib.

Ötən cümə günü Rusiya Maliyyə naziri Anton Siluanov 2015-ci ilin büdcəsinə neftin qiyməti 1 barrel üçün 60 dollar göstəricisi əsasında düzəlişlər ediləcəyini bildirmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər