23 Mart 2023 18:25
2 179
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqları liderlərinin qarşıdan gələn görüşü Fransa və Almaniya arasında münaqişənin alovlanması səbəbindən təhlükə altındadır.

Teleqraf.com xəbər verir ki, barədə “Politico” qəzetində geniş məqalə dərc edilib.

Qeyd olunur ki, Brüsseldə keçiriləcək görüşdə blokun iqtisadi rəqabət qabiliyyəti və Ukraynaya dəstəyini müzakirə etmək planlaşdırılır, lakin “qalmaqal” danışıqların gedişinə mənfi təsir göstərə bilər.

Almaniya kiçik bir qrup müttəfiqlə birlikdə daha əvvəl Avropa İttifaqının 2035-ci ilə qədər ənənəvi mühərrikli avtomobillərin satışını qadağan etmək qərarını əngəlləmişdi. Beləki, bu, Almaniyanın avtomobil sənayesinə fayda verəcəkdir. Eyni zamanda, Berlin qalıq yanacaqlara sintetik alternativin istisna edilməsində israrlıdır, lakin bu tələb artıq Avropa Parlamentində iki dəfə rədd edilib.

Öz növbəsində Fransa nüvə enerjisinin Aİ-nin “təmiz” texnologiyaları siyahısına daxil edilməsinə nail olmaq istəyini bəyan edib və bu, Almaniyanın qəzəbinə səbəb olub.

Nəşr əlavə edib ki, kansler Olaf Şolzun Avropa Komissiyasına təzyiqi “xüsusilə Parisi qəzəbləndirib”.


Müəllif: Pərvin Cəfərova