23 Mart 2023 20:50
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiya parlamenti martın 23-də 1932-1933-cü illərdə baş vermiş Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb.

Teleqraf.com xəbər verir ki, 48 deputat müvafiq qərarın lehinə səs verib.

Bu barədə İslandiyanın xarici işlər naziri Thordis Kolbrun Reykfyord Gilfadottir məlumat verib.

Öz növbəsində, artıq Ukrayna Prezidenti Volodimir Zelenski İslandiya parlamentinin qərarına reaksiya verib. O, İslandiyaya təşəkkür edib və vurğulayıb ki, bu qərar belə cinayətlərin cəzasız qalmadığına bariz nümunədir.

Xatırladaq ki, artıq bir sıra dövlətlər 1932-1933-cü illərin Qolodomorunu ukraynalıların soyqırımı kimi tanıyıblar. Qərara yeni qoşulan ölkələr arasında Belçika, Çexiya və Bolqarıstan da var.

Bundan əlavə, Avropa Parlamenti də Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanıyıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər