23 Mart 2023 23:26
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ədliyyə Nazirliyi bloqer İlya Varlamovu xarici agentlərin reyestrinə daxil edib.

Teleqraf.com xəbər verir ki, onunla birlikdə hüquq müdafiəçisi Pavel Çikov və jurnalist Boqdan Bakaleyko da əcnəbi agent kimi tanınıb.

Qeyd edək ki, “Xarici agent” anlayışı Rusiya qanunvericiliyinə 2012-ci ildəki etiraz dalğasından sonra daxil edilib. Əvvəlcə bunun siyasi fəaliyyətlə məşğul olan və xaricdən maliyyə alan QHT-lərə şamil edilməsi nəzərdə tutulurdusa, sonradan yeni status fiziki və hüquqi şəxslərə də şamil edilib.

2022-ci ilin dekabr ayından Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin vahid reyestrini aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər