"İran istəsə, nüvə silahını cəmi bir neçə aya hazırlayar"
Teleqraf.com “The Wall Street Journal”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
"İran qərar verdiyi andan etibarən təxminən iki həftədən az müddətdə nüvə silahı üçün material istehsal edə bilər. Əsl nüvə silahı istehsal etmək üçün isə daha bir neçə ay lazım olacaq", - General Milli bildirib.
General Millinin bəyanatı ABŞ-ın İranın nüvə silahına sahib olmasına icazə verməyəcəyi ilə bağlı xəbərdarlıqla müşayiət olunub.
“İran nə vaxtsa əsl nüvə silahını yaratmaq qərarına gəlsə...Bunu nəzərə alması üçün biz- Birləşmiş Ştatlar hərbçiləri milli rəhbərliyimizə bir neçə variant təklif etmişik"- deyə Milli çıxışını yekunlaşdırıb.