25 Mart 2023 19:24
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın cənubunda baş verən tornado azı 23 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, təbii fəlakət nəticəsində evlər dağılıb, minlərlə dinc sakin işıqsız qalıb.

Tornado Missisipi, Alabama və Texas ştatlarına daha çox ziyan vurub. Səlahiyyətlilər təhlükəli vəziyyətlə bağlı sakinlərə xəbərdarlıq edib.

Fırtına Missisipi ştatının Silver-Siti ə Rollinq-Fork şəhələrində dağıntılar yaradıb. Texasda isə saatda 100 mil sürətlə əsən iki tornado 5 nəfərin yaralanmasına səbəb olub.


Müəllif: Teleqraf.com