Oxşar xəbərlər
Brazilya Prezidenti Luiz İnasio Lula da Silva səhhətindəki problemə görə Çinə səfərini təxirə salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Brazilya Prezidentinin mətbuat katibi məlumat verib.
Bildirilir ki, 27-31 mart tarixlərində Çinə planlaşdırılan səfər tibbi səbəblərə görə təxirə salınıb.
Kliniki müayinədən sonra Prezident Lulaya A qripinin törətdiyi bakterial və viral bronxopnevmoniya diaqnozu qoyulub