26 Mart 2023 08:59
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın vitse-prezidenti Kamala Harris martın 26-da Qananın paytaxtı Akkraya gələcək. O, üç gün Qanada, iki gün Tanzaniyada, həmçinin bir gün Zambiyada olacaq.

Teleqraf.com xəbər verir ki, bir həftəlik səfərdə məqsəd ABŞ-ın Afrika qitəsi ölkələri ilə əlaqələrini dərinləşdirmək və Çinin artan təsirinə qarşı çıxmaqdır.

Səfər zamanı qitənin iqtisadi inkişafı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və gənclər məsələlərinə xüsusi diqqət yetiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər