Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-nə qədərki proqramı, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçki kampaniyası dönəmi və seçki manifestinin təfərrüatları üzə çıxmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, Ərdoğan mitinq əvəzinə yalnız vilayətlərdə qatılacağı açılış mərasimləri ilə xalqla görüşəcək.
Türkiyə lideri zəlzələ bölgəsi ilə yanaşı, digər vilayətlərə də gedəcək.
Bu dönəmdə böyük layihələrin təməllərin atılacağı gözlənilir. Qara dəniz təbii qazından “Anadolu” təyyarə gəmisinə, “Kızılelma”dan yüksək sürətli qatar xətlərinə qədər nəhəng projelər diqqət mərkəzində olacaq.
Seçki manifestinin ən mühüm hissəsi zəlzələ zonası ilə bağlı layihələr olacaq. Türkiyənin demək olar ki, hər bir vilayətində güclü şəhərləşmə prosesinə start veriləcək. Şəhərlərin dayanıqlı olması üçün addımlar atılacaq. Hər vilayət üçün xüsusi planlar təqdim olunacaq. İstanbulda dəyişiklik üçün də xüsusi plan hazırlanır.
Seçki manifestinin ən mühüm hissələrindən biri iqtisadiyyatla əlaqəlidir. Dünyada baş verən proseslər nəzərə alınaraq “Yeni İqtisadiyyat Modeli” “Yaradıcı İqtisadi Model” olaraq yenilənəcək.
Seçki manifestində qadın hüquqları da ətraflı şəkildə yer alacaq.