28 Mart 2023 22:42
2 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin dövlət başçısı Si Cinpin dünya səhnəsində lider kimi imicini gücləndirməyə çalışır. Amma Rusiyadakı köhnə dostu - Prezident Vladimir Putin ona bu məqsədə çatmaqda kömək etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazır.

Agentlik qeyd edir ki, Səudiyyə Ərəbistanı-İran münasibətlərinin bərpası ilə əlaqəli razılaşmanın əldə olunmasına kömək edən Cinpin diqqətini digər geosiyasi məsələlərə, o cümlədən Putinin Ukraynaya qarşı müharibəsinə və ölkə iqtisadiyyatının inkişafına töhfə vermək üçün Çin-ABŞ əlaqələrini yenidən qurmağa yönəldib.

Si ötən həftə Moskvaya səfər edib, burada Putinlə uzunmüddətli danışıqlar aparıb və həmçinin aralarında sərhədsiz dostluğunu deyib. Birgə bəyanatda bildirilir ki, bütün nüvə dövlətləri xaricdə nüvə silahı yerləşdirməkdən çəkinməlidir. Amma bir neçə gün sonra Putin Belarusa taktiki nüvə silahı göndərmək planını açıqlayaraq Cinpinə verdiyi sözdən uzaqlaşdı. Beləliklə, Rusiya SSRİ-nin dağılmasından sonra ilk dəfə belə silahları xaricə göndərəcək.

Rusiyanın addımı ABŞ və Avropa ilə münasibətlərdə yeni gərginlik yarada bilər. Putinin bununla blef edib-etməməsindən asılı olmayaraq, bu, Sinin Çini münaqişənin həllində etibarlı vasitəçiyə çevirmək səylərini baltalayır.

Çin lideri Putini Ukraynaya görə açıq şəkildə dəstəkləmir, amma tənqid də etmir. Bununla belə, bunu son bir neçə ayda açıq şəkildə təkrarlayıb: “Rusiya döyüşdə nüvə silahından istifadə etməməlidir”.

Putinin mövqeyini və nə qədər diplomatik dəstəyə ehtiyacını, eləcə də Rusiyanın Çindən iqtisadi asılılığını nəzərə aldıqda, Sinin köhnə dostuna nə qədər təsir edə biləcəyinə demək çətindir.

Çin liderinin Moskvaya səfərindən bir neçə gün sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqə saxlaması gözlənilirdi, amma bu baş vermədi. Ümumiyyətlə, Si Rusiya ordusunun işğalından sonra Zelenski ilə bir dəfə də danışmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər