28 Mart 2023 20:19
1 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni baş nazir də sələfi kimi Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Britaniyanın ictimai-siyasi həyatındakı son gəlişmələrə diqqət çəkib:

“Məşhur inqilabçı Çe Gevaraya görə, dünya o zaman dəyişəcək ki, ABŞ-ın prezidenti qaradərili olacaq, Vatikana argentinalı rahib rəhbər seçiləcək. İkisi də oldu, qaradərili Barak Obama Amerikanın 8 il prezidenti oldu, argentinalı Fransisk isə Vatikana rəhbərlik etdi. Oxşar hadisə bu dəfə Böyük Britaniyada baş verib. Hind əsilli Rişi Sunak Britaniyanın baş naziri kimi fəaliyyət göstərərkən, Pakistan əsilli, müsəlman Həmzə Yusif Şotlandiyanın yeni baş naziri seçilib.

Həmzə Yusif baş nazir vəzifəsində Nikola Sterceni əvəz edəcək. Stercen fevral ayında istefa verib. Həmzə Yusif Şotlandiyada anadan olsa da, atası Britaniyaya Pakistandan gəlib. Maraqlıdır ki, Həmzə Yusif də Nikola Stercen kimi və Milli Partiyanın yeni rəhbəri olaraq Şotlandiyanın müstəqilliyinin tərəfdarıdır.

Dünya həqiqətən dəyişir. Britaniya kralları yüz illər boyu idarə etdikləri müstəmləkələrdə yaşayanları insan yerinə qoymadılar, onlara zülm etdilər, zaman keçdi, Britaniyada idarəetmə forması və irqi baxışlar dəyişdi və həmin müstəmləkələrin sakinləri keçmiş imperiyanın sükanı arxasına keçdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər