30 Dekabr 2014 00:16
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Donbas hövzəsi Dnestryanı ərazi deyil, amma münaqişənin dondurulması təhlükəsi mövcuddur”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

Donbas hövzəsinin Dnestryanı ərazinin taleyini yaşamayacağına inandığını deyən Poroşenko bununla belə belə bir riskin mövcud olduğunu və münaqişənin dondurulmasına maneə olmaq üçün Ukrayna hakimiyyətinin hər şeyi etdiyini dilə gətirib.

Poroşenkonun sözlərinə görə, Donbas hövzəsində qalan insanların 70 faizi Ukrayna ilə birgə yaşamaq istəyirlər.

“Bu münaqişə bizim ölkəmizə kənardan gətirilib. Münaqişəni gətirən işğalçılar və təcavüzkarlar bizim ölkəmizdən getməlidir", - Poroşenko vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər