29 Mart 2023 10:45
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbi qüvvələri son sutka ərzində Rusiya işğalçılarının dörd istiqamətdə 57 hücumunu dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən əsas səylərini Liman, Baxmut, Avdiv və Marin bölgələrində hücum əməliyyatları keçirməyə yönəldib”, - məlumatda deyilir.

Qeyd olunur ki, Biloqorivka, Baxmut, Avdiv, Marin və ətrafı hərbi əməliyyatların episentrində qalır. Amma rusların ötən sutka ərzində Kupyan və Liman istiqamətlərindəki hücumları uğursuzluqla nəticələnib.

Bundan əlavə, Rusiya qoşunları Baxmut şəhərinə hücumunu davam etdirir, amma Ukrayna müdafiə qüvvələri şəhərin mərkəzini özündə saxlayır və çoxsaylı hücumları dəf edirlər. Son 24 saat ərzində ruslar Donetsk vilayətinin Orixovo-Vasilivka, Boqdanivka, İvanivsk, Predteçin və Ozaryanivka yaşayış məntəqələri ərazilərində uğursuz hücum əməliyyatları keçirib.

Ukrayna hərbi qüvvələri gün ərzində Rusiyanın komanda məntəqəsini və sursat anbarını məhv edib.

“Son sutka ərzində Müdafiə Qüvvələrinin aviasiyası işğalçıların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 5 zərbə endirib. Eyni zamanda müdafiəçilərimiz düşmənin “Orlan-10” və ZALA PUA-larını vurublar”, - Baş Qərargah bildirib.

Bundan əlavə, Ukraynanın raket qoşunlarının və artilleriya bölmələri komanda məntəqəsinə, işğalçının canlı qüvvəsinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 6 əraziyə, zenit-raket kompleksinə, eləcə də sursat anbarına zərbələr endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər