Türkiyənin müxalif Məmləkət partiyasının sədri və prezidentliyə namizəd Məhərrəm İncə FETÖ-çü, keçmiş futbolçu və millət vəkili Hakan Şükürün iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, partiya sədri Hakan Şükürün ona iftira atdığını deyib.
“Haqqımda böhtan atan FETÖ-çülərin quyruq ağrılarını bilirəm. Dünən də Hakan Şükür kimi FETÖ-çülərə qarşı idim, bu gün də onların qarşısındayam, sabah da onlara qarşı olacam. Qaçaq FETÖ xainləri ilə halallaşmayacağıq, haqq-hesab çəkəcəyik”, - İncə bildirib.
Hakan Şükür bundan əvvəl millət vəkili olduğu dövrdə İncəni məhkəməyə vermək istədiyini, amma bu tələbinin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən rədd olunduğunu iddia edib.