29 Mart 2023 14:42
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya pilotları və tankçıları Ermənistanda hərbi təlimlər keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətin dediyinə əsasən, MiQ-29 qırıcı təyyarə ekipajları təlim uçuşları çərçivəsində müasir hava döyüşlərinin aparılması üsullarını məşq ediblər.

Həmçinin qeyd olunub ki, Cənub Hərbi Dairəsinin tankçıları Alagəz dağlıq poliqonunda motoatıcı hərbi birləşmələrə atəş dəstəyi verib.


Müəllif: Teleqraf.com