29 Mart 2023 17:21
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentdə çıxış edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı son bir ildə ölkədə əhatəli siyasi islahatlar, xüsusilə də konstitusiya referendumu keçirdiklərini deyib.

“Konstitusiya islahatı siyasi sistemin tamamilə yenidən qurulmasına gətirib çıxardı. Vətəndaşların ölkə siyasətində iştirak imkanları xeyli genişləndirilib”, - Tokayev bildirib.

Qazaxıstan prezidenti qeyd edib ki, bu islahatları “güclü prezident, effektli parlament və hesabat verən hökumət” prinsipləri əsasında həyata keçiriblər: “İnsanlar həyatın bütün sahələrində baş verən dəyişiklikləri hiss edirlər”.

Tokayev martın 19-da majoritar (qarışıq) sistemlə keçirilən parlament seçkilərində bir çox müstəqil namizədin yarışdığına diqqət çəkib:

“Qazaxıstan xalqı davam edən transformasiyalara töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Cəmiyyətdə yeni vətəndaş və siyasi mədəniyyət formalaşır”.

Tokayev yeni parlamentdə bütün ideoloji baxışların təmsil olunduğunu deyib: “Seçkilər göstərdi ki, ölkəmiz çoxpartiyalı sistemə doğru mühüm addım atıb. İlk dəfə olaraq uzun müddətdir fəaliyyət göstərən bir müxalifət partiyası parlamentə daxil olub”.

Qazaxıstan başçısı dəyişikliklərin bununla bitmədiyini vurğulayıb:

“Siyasi sistemin təkmilləşdirilməsinə yönəlmiş islahatlar davam etdiriləcək. Bu il ilk dəfə olaraq 45 rayon və vilayətdə mer seçkiləri keçiriləcək. Siyasi proseslərin demokratikləşdirilməsi, vətəndaşların dövlət idarəçiliyində iştirakının artırılması istiqamətində səylərimizi davam etdirəcəyik. Hamımız bilməliyik ki, Qazaxıstan indiki geosiyasi şəraitdə bu cür köklü islahatlar aparan yeganə ölkədir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər