Ukrayna ordusu yay aylarına yaxın əks hücuma keçə bilər. Ukrayna Silahlı Qüvvələri bir neçə istiqamətdə hücuma keçəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Leopard” tanklarının cəbhədə nə vaxt görünəcəyini sualına nazir belə cavab verib:
“Bunları Baş Qərargahımızın qərarı ilə əks-hücumda görəcəksiniz”.
Reznikov əks-hücumun istiqamətləri ilə bağlı belə deyib:
“Bu bir neçə istiqamətdə planlaşdırılır. Bu, ən yaxşı məqamın nə vaxt olmasından və necə qərar veriləcəyindən asılıdır”.
Onun sözlərinə görə, Silahlı Qüvvələrin hücuma keçməsi ilə bağlı qərar həm də hava şəraitindən asılıdır:
“Yazda torpağımız çox nəm olur. Ancaq tırtıllı texnikalardan istifadə edə bilərsiniz. Düşünürəm ki, aprel-may aylarında bunu görə biləcəyik”.