CHP-dən istefa verib Məmləkət Partiyasını quran və 100 min imza toplayaraq prezidentliyə namizəd olan Məhərrəm İncəyə qarşı keçmiş partiyasının və tərəfdarlarının hücumları davam edir.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl İncənin namizədliyi ilə əlaqədar “Vətənə xəyanətin əvəzini ağır ödəyəcək” deyən CHP-çi jurnalist Can Ataklı bu dəfə siyasətçini ağır ifadələrlə təhqir edib.
“Hərif” adlandırdığı İncəyə ağır təhqirlər yağdıran Ataklı bu ifadələri işlədib:
“Əvvəldən deyirəm ki, bu adam yararsızdır. Bu hərifə nə istəyirsə verin, getsin. Onsuz da reputasiyası sıfırlanıb. İndi hamı ona nifrət edir. 60 faiz səs alacağını deyir. Adama deyərlər ki, dur rədd ol burdan (söyür)”.