Konqo Demokratik Respublikasının şərqində təyyarə qəzaya uğrayıb.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Uqandadan Konqonun Puent Nuar şəhərinə uçan təyyarənin dağa çırpıldığı bildirilir.
Təyyarənin göyərtəsində nə qədər sərnişinin olduğu hələ ki, dəqiq bilinmir. “Bildiyimiz yalnız odur ki, təyyarədə 6 ekipaj üzvü olub”, deyə yerli hökumət nümayəndəsi bildirib.
Hazırda ölənlərin sayı dəqiqləşdirilir, həmçinin, qəzanın səbəbləri müəyyənləşdirilir.