Oxşar xəbərlər
Martın 30-da Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsinə (NATO) üzvlüyü ilə bağlı Protokolun təsdiqi üzrə qanun layihəsini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyinə Ədalət və İnkişaf Partiyasının (AKP) fraksiyasının sədrinin müavini Yılmaz Tunç deyib.
Qeyd edək ki, müvafiq qanun layihəsi martın 23-də Türkiyə parlamentinin xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib.