Ekvadorda torpaq sürüşməsi olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəsi Mərkəzi məlumat yayıb.
Alausi şəhərində baş verən hadisədə 14 nəfər ölüb.
Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdır.
Məlumata görə, təbii fəlakət nəticəsində 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.